Sumqayıtda şəhər rəhbərliyinin sakinlərlə “açıq mikrofon” formatında görüşləri davam edir. Sumqayıt əhalisi ilə növbəti birbaşa dialoq şəhərin 10-cu mikrorayonunda olmuşdur.
Şəhər icra hakimiyyəti bu yaşayış massivində lazımi şərait yaratmışdır. Mikrorayondakı bir neçə həyət tam abadlaşdırılmışdır.
Magistrala çıxış yollarına və məhəllədaxili yollara asfalt döşənmiş, süni örtüklü iki mini futbol meydançası, voleybol və basketbol meydançaları yaradılmış, uşaqlar üçün əyləncə yerləri düzəldilmiş, stolüstü oyunlar üçün talvarlar tikilmiş, xeyir-şər məclisləri üçün nəzərdə tutulan üç binada əsaslı təmir işləri aparılmış, məhəllələrdə müasir fənərlər və oturacaqlar qoyulmuş, yaşıllaşdırma işləri aparılmışdır. Bundan əlavə, doqquzmərtəbəli 12 binanın fasadı bərpa edilmişdir. Beləliklə, Sumqayıtda daha bir neçə nümunəvi həyət yaranmışdır.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun şəhər sakinləri ilə birbaşa dialoqu bu yaşayış massivinin gözəl və abad həyətlərinin birində təşkil edilmişdir. Eldar Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Sumqayıtda həyata keçirilən layihələrdən söhbət açmış, şəhərin abadlaşdırılması və inkişafı perspektivləri barədə məlumat verilmişdir. “Azərsu” Səhmdar Cəmiyyəti bütün Cənubi Qafqazda analoqu olmayan müasir kanalizasiya sisteminin inşası işlərini davam etdirir. Şəhərdəki Cümə məscidinin siması yeniləşəcəkdir.
Ənənəyə görə, Sumqayıt İcra Hakimiyyətinin başçısı ilə bərabər, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin, şəhər təsərrüfatı xidmətlərinin rəhbərləri də sakinlərlə görüşə gəlmişdi. Bu fakt ona dəlalət edirdi ki, icra hakimiyyəti sakinləri dinləməklə bərabər, vətəndaşların müraciətlərinə operativ münasibət bildirməyə və dərhal tədbir görməyə hazırdır. Mikrorayon sakinləri şəhərin rəhbəri ilə dialoqda fəal iştirak etmişlər. Onlar qısa müddətdə şəhərin abadlaşdırılması üzrə aparılmış böyük işlərə və möhtəşəm Şəhər Gününə, şəhərin gerbinin yaradılmasına görə təşəkkürlərini bildirməklə bərabər, konkret təklif və tövsiyələrini də söyləmişlər. Adamlar həllini gözləyən problemlər barədə həvəslə danışır, aktual məsələlər qaldırırdılar. Tənqidi çıxışlar da səsləndi.
Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Dövlət Neft Şirkəti Sumqayıtın onuncu mikrorayonunda müasir tələblərə cavab verən nümunəvi həyətlər yaratmışdır.
Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə görə, yaxın beş ildə Sumqayıtın bütün yaşayış massivlərinin görkəmi dəyişəcəkdir.AzərTac, Ətrabə Rzayeva
100 FAİZ ƏMİNLİKLƏ DEYƏ BİLƏRƏM Kİ,BU AÇIQ MİKRAFON MƏSƏLƏSİ TETRDAN BAŞQA BİR ŞEY DEYİL.ORDA ANCAQ QABAQCADAN ÇIXIŞI PLANLAŞDIRILMIŞ VƏ ANCAQ MERİ TƏRİFLƏMƏYİ NƏZƏRDƏ TUTAN ADAMLAR,ƏSASƏN DƏ BÜDCƏ İŞÇİLƏRİ SÖZ ALIB.KƏNAR BİRCƏ ŞƏXS BELƏ ORDA SUAL VERMƏYİB.ƏMİN OLMAQ ÜÇÜN ORDA VİDEO ŞƏKİLİŞ OLSAYDI ARAŞDIRIB BAXA BİLƏRSİZNİZ.
kənar adamlara heç imkan da vermirlər.Buna xüsusi nəzarət edilir.