Sumqayıtın 70 illik yubileyinə həsr edilmiş futbol üzrə şəhər birinciliyi keçirilib

1163

SUMQAYIT  ŞƏHƏRİNİN 70 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ FUTBOL ÜZRƏ ŞƏHƏR BİRİNCİLİYİNƏ YEKUN VURULDU.

Sumqayıt şəhər Gənclər və idman Baş İdarəsinin təşkilatçılığı ilə 24-27 avqust 2019-cu il tarixlərində Mehdi Hüseynzadə adına şəhər stadionunda Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş futbol üzrə şəhər birinciliyi keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış də Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov yarış iştirakçılarını və qonaqları salamlamış qeyd edilmişdir ki, böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafında idmanın rolu danılmazdır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. O, istəyir ki, Azərbaycan balaları sağlam böyüsün, ölkəmizin layiqli vətəndaşları kimi formalaşsınlar. Bu baxımdan ölkəmizdə və şəhərimizdə bədən tərbiyəsi və idmana böyük diqqət yetirilir. Şübhəsiz ki, böyük idmana gedən yol kütləvi bədən tərbiyəsi və məhəllələrdə idman hərəkatı və yarışlarından başlanır. Böyük inam hissi ilə bildirilmişdir ki, buraya toplaşan yarış iştirakçılarının arasından gələcəyin məşhur futbolçuları, idmançıları çıxacaq.

Birincilikdə şəhərin idman cəmiyyətlərinin, məktəblərinin, klublarının 8 komandasının 120 idmançısı iştirak etmişdir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Sumqayıt” Futbol Klubunun komandası birinci, “Sumqayıt” City komandası və “Ərgünəş” FK-nun komandaları müvafiq olaraq ikinci və üçüncü yeri tutmuşlar.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən medal, fəxri fərman, kubok və hədiyyələrlə təltif olunmuşdur.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər