Sumqayıtın 70 küçə və dalanında "ağıllı işıqlandırma" sisteminin quraşdırılmasına başlanıldı - VİDEO

4744

Sumqayıt şəhərində ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənayətə imkan verən və enerji səmərəliliyini artıran, küçə və dalanların fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemlərinin quraşdırılmasına başlanılıb.

Bu barədə Sumqayıt Küçə İşıqları İdarəsinin baş mühəndisi Eyvaz Eyvazov bildirib. Onun sözlərinə görə, işlər 70 küçə və dalanlarlarda aparılacaq: “Bir mərkəzdən idarə olunan led lampalardan ibarət işıqlandırma sistemi ilə tam işıqlandırılacaq ki, bu da əvvəlki işıqlara nisbətdə 70-80 faiz enerjiyə qənaət deməkdir. Hazırda işlər şəhər ərazisi üzrə davam edir, Səməd Vurğun, İnşaatçılar, Metallurq, Sülh, Maksim Qorki küçələrində və Stansiya Sumqayıtda bu işlər aparılır. Görülən işlərə nəzarəti isə küçə işıqları idarəsinə həvalə edilib. Söküntü işləri tamamlanmaq üzrədir, təmir və bərpa işlərini tam olaraq oktyabr ayında yekunlaşacağı nəzərdə tutulub. Pilot layihə çərçivəsində şəhər ağıllı işıqlandırma sistemi ilə təchiz olunacaq”.

Qeyd edək ki, layihə prezident İlham Əliyevin 2 iyun 2020-ci ildə imzaladığı sərəncam əsasında reallaşır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər