Sumqayıtın 75 illik yubleyi münasibətilə konsert keçirilib

1095

Sumqayıtın 75 illik yubleyi münasibətilə silsilə tədbirlərə başlanılıb.

Sumqayıtın Muğam Mərkəzində bu münasibətlə konsert proqramı təşkil edilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, mədəniyyət işçiləri, tanınmış muğam ustadları və ifaçıları, gənc xanəndələr və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını və şəhər sakinlərini Sumqayıtın 75 illik yubileyi münasibətilə təbrik edib.

Şəhər rəhbəri vurğuıayıb ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı həyata keçirilən işlər nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir. Çünki ulu öndər Heydər Əliyev Sumqayıtı məhz belə görmək istəyirdi.

Daha sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər