“Sumqayıt”ın baş məşqçisinə intizam işi açılmayacaq

538

“Sumqayıt” klubunun baş məşqçisi Aleksey Baqaya qarşı intizam işi açılmayacaq.

Bu barədə “Report”a AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov məlumat verib.

Onun sözlərinə görə, “gənclik şəhəri” təmsilçisinin “Neftçi” ilə Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra səhhəti pisləşdiyi üçün mətbuat konfransına qatılmayan belaruslu mütəxəssisə cəza verilməyəcək: “Həmin matçın AFFA nümayəndəsi mən idim. Final fitinə 2 dəqiqə qalmış Baqanın təzyiqi qalxdı. Özündə deyildi, ayaq üstdə dura bilmirdi. Həkim gəlib təzyiqini ölçdükdən sonra baş məşqçini stadiondan çıxardılar”.

Hüseynov bildirib ki, bu, fors-major hal olduğundan, baş məşqçinin əvəzinə köməkçisinin mətbuat konfransında iştirakına icazə verilir: “Bu, səhhətlə əlaqədar məsələdir. Baqa jurnalistlər önündə çıxış etməli idi. Amma səhhəti imkan vermədiyi üçün mətbuat konfransına Rail Məlikov çıxdı”.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” görüşü qonaqların 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər