Sumqayıtın bu ərazilərində su olmayacaq -DİQQƏT

1549
Sumqayıtda içməli suyun verilməsində məhdudiyyət olacaq.
Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran Saray qəsəbəsi 85.75 səviyyəsindən gələn diametri 450 mm-lik su kəmərinin 9-cu mikrorayon ərazisindən keçən hissəsində (“Gənclik” marketin qabağı) baş vermiş qəzanın qarşısının alınması məqsədi ilə 25.01.2022-ci il tarixində saat 23:00-dan 26.01.2022-ci il 18:00-a qədər
1-ci mikrorayonun bir hissəsi, 2-ci mikrorayon tam olaraq, 4-cü mikrorayonun bir hissəsi, 5-ci mikrorayonun bir hissəsi, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonların 9 mərtəbələri,  34-cü məhəllə, 45-ci məhəllənin bir hissəsi, 47-ci məhəllə, Corat qəsəbəsinin bir hissəsi, həmçinin Yaşıldərə yaşayış massivində suyun verilişi dayandırılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər