Sumqayıtın bütün ərazilərində abadlıq-quruculuq işləri aparılır - HESABAT

1434

Sumqayıtda 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik hesabat verdi

2018-ci ildə görülən işlərin yekunları və qarşıda duran vəzifələrə dair Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fəzail Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Fərhadov, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vurğulanıb ki, cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri ilə şəhərimizdə son illərdə Şəhər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun rəhbərliyi ilə vacib layihələr həyata keçirilib. Keçirilən tədbirlər, aparılan abadlıq və yenidənqurma layihələri çərçivəsində 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xidməti ərazisində də 2018-ci il ərzində sosialyönümlü mühüm işlər görülüb. Dövlət Proqramında Sumqayıt şəhəri üzrə nəzərdə tutulan tədbirlərin mərhələli həyata  keçirilməsi sayəsində bu gün şəhərimizin siması müasirləşir, əhalinin sosial rifahı yaxşılaşır,müasir infrastruktur yaradılır. Şəhərimizdə zəruri sosial obyektlərin və istehsal sahələrinin qabaqcıl texnologiyalar əsasında tikintisinə böyük diqqət göstərilir.

Qeyd olunub ki, şəhərdə uzun müddət həllini gözləyən ən böyük problemlərindən biridə yaşayış binaların dam örtüklərin yenilənməsi məsələsi olmuşdur ki, ötən il nümayəndəliyin xidməti ərazisində 88 binanın dam örtüyü vurulub. Bununlada xidməti ərazidə mövcud 274 yaşayış binasından artıq 254 binada dam örtüyü vurulması işi yekunlaşıb, qalan binalarda işləri cari ildə yekunlaşacağı planlaşdırılır. 17 binanın fasadı rənglənib, .9, 10, 12, 13,17-ci mikrorayonlarda yaşayış binalarında bütün girişlər işıqlandırılıb, 417 girişdə dəmir qapı qoyulub, 231 giriş təmir edilib, bu sahədə işlər davam etdirilir.

Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, şəhərdaxili yolların, küçələrin, eləcə də məhəllədaxili ərazilərin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir. Hesabat dövründə nümayəndəlik ərazisində ümumilikdə 100min  kv.metrə yaxın yol asfaltlanıb, 5230 p/m bardür dəyişdirilib.

9, 10, 12, 13, 17 mikrorayonların ərazisində uşaq şəhərcikləri və idman meydançaları yaradılıb, kölgəliklər, oturacaqlar təmir edilmiş və quraşdırılmaqla 8 ünvanda abad məhəllələr yaradılıb.

Hesabat dövründə şəhərin təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin artırılması, təlimtərbiyənin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb.21 nömrəli məktəbin damı yenilənib, ərazisi asfaltlanıb, fasadı rənglənib, mini futbol meydançası tikilərək istifadəyə verilib.

Bildirilib ki, görülən işlərlə yanaşı bir sıra həlli vacib problemlər qalmaqdadır, cari ildə mövcud problemlərin həlli məqsədilə digər qurumlarla yanaşı nümayəndəliyin qarşısındada yerinə yetirilməsi vacib vəzifələr dayanır .

Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Hesabat məruzəsi ətrafında çıxış edənlər görülən işlərə münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər