Sumqayıtın deputatı ATƏT PA-da Dilqəm və Şahbazın azadlığını TƏLƏB ETDİ – FOTOLAR

1091

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini, deputat Tahir Mirkişili Ermənistan girovluğunda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını tələb edib.

Modern.az xəbər verir ki, bu barədə Mərakeşdə keçirilən ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin iclasında deyib. Deputat Ermənistan nümayəndə heyətinə bununla bağlı birbaşa müraciət edib.

“Biz müasir dünyada yaşayırıq. İndiki zamanda insanlar öz valideynlərinin qəbirlərini ziyarət etmək istəklərinə görə həbsxanalarda yatmamalıdırlar. Hazırda Erməni tərəfinin həbsxanalarında belə azərbaycanlı girovlar vardır. Hələ 2016-cı ildən Azərbaycan Ermənistan tərəfinə bütün əsir və girovların beynəlxalq təşkilatların vasitəçiliyi ilə “hamının hamıya” prinsip ilə dəyişdirilməsini təklif etmişdir. Amma bu günə qədər Erməni tərəfindən müsbət cavab alınmamışdır. Mən Ermənistan nümayəndə heyətinin də burda iştirakından istifadə edərək onları öz hökumətləri ilə birlikdə bu humanitar aktı reallaşdırmağa və insanları evlərinə qaytarmağa çağırıram”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər