Sumqayıtın dezinfeksiya komandasından maraqlı təşəbbüs- FOTO

1633

Sumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işləri həyata keçirilir.Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq şəhər ərazisində hər gün profilaktik tədbirlər həyata keçirilir. Bütün çox mənzilli binalarda həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı beş dəfə dezinfeksiya və derotizasiya tədbirləri həyata keçirilir. Sumqayıtda bu işləri həyata keçirən gənclər maraqlı təşəbbüslə şəhərin 75 illik tədbirlərinə qoşulublar. Belə ki, bu gün onlar işə “Sumqayıt 75” yazısı ilə işə çıxıblar.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər