Ekologiya problemi həm də insan talelərinin problemidir. Çünki ekologiya tək təbiətin çirklənməsi deyil, həm də insan talelərinin məhvidir. İnsanla təbiət ayrılmazdır. Ona görə də insan ətraf mühitin çirklənməsinin qarşısını almalıdır. Filmin leytmotivi belədir.
Filmin mərkəzində iki sevən gəncin faciəli taleyi durur. Sumqayıtın ekoloji mühiti filmdə öz əksini tapmışdır. Sovet hökümətinin süqutundan sonra “yeni dövran”da köhnədən qalmış problemlər hələ də davam edir. Filmdə adı deyilməsə də, Sumqayıt olduğu anlaşılan bu şəhərdə, xüsusilə də zəhərli zavodların yanında yaşayan insanların yeni nəsli şikəst və xəstə olaraq doğulur. Geniş simvolik ifadələrə yer verilən filmdə maraqlı yuxu səhnələri də yer almaqdadır.
Ssenari müəllifi: Akif Həsənoğlu
Rejissor: Mərahim Fərzəlibəyov
Operator: Ələkbər Murad
Rəssam: Rauf Dadaşov
Bəstəkar: Xəyyam Mirzəzadə
Səs operatoru: Marat İsgəndərov
Montaj edən: Esmira İsmayılova
Rollarda: Səyavuş Aslan-Murad Muradov
Rafael Dadaşov-Mühəndis Aydın
Yaşar Nuri-Mirzəbala
Kamilə Məstanova-Lalə
Kazım Həsənquliyev-Rövşən
Janr: Dram, Məhəbbət
İlk baxış tarixi: 9 Aprel, 1994
Dil: Azərbaycan dili
FİLMİ İZLƏYİN: