Sumqayıt şəhər İcra Hakimiyyəti, YAP Sumqayıt şəhər təşkilatı və şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Sumqayıt doğma evimizdir, onu daha da müasir şəhərə çevirmək hər birimizin borcudur” mövzusunda növbəti tədbir Corat qəsəbəsində 7 saylı məktəbin akt zalında keçirilib.
Mövzu ilə bağlı müzakirələr aparılıb, qarşıya qoyulmuş məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib.
Tədbirdə Corat qəsəbəsində yaşayan təhsil işçiləri, səhiyyə, mədəniyyət, uşaq bağçaları kollektivinin nümayəndələri, Mənzil Komunal Sahələrinin əməkdaşları, sahibkarlar və ictimai fəallar iştirak edib.