Sumqayıtın iqtisadi göstəriciləri artıb

2761

2021-ci ilin yanvar-dekabr aylarında Sumqayıtda şəhər əhalisinə istehlak məqsədi ilə 1547195,4 min manatlıq və ya ötən ilin hesabat dövrü ilə müqayisədə 7,1 faiz çox istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib.

sumqayitxeber.com Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin həcmi ötən ilin hesabat dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 6,6 faiz artaraq 1296316,5 min manat olub. İaşə şəbəkələrində əhaliyə 21908,3 min manatlıq və ya ötən ilin hesabat dövrü ilə müqayisədə 15,7 faiz çox iaşə xidmətləri göstərilib.

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 250878,9 min manat olmuşdur ki, 2020-ci iln hesabat dövrü ilə müqayisədə 7,7 faiz artıb.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər