Sumqayıt şəhərini təbii qazla təchiz edən magistral xəttinin yenilənməsinə başlanılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Sülh küçəsindən keçən qaz xətti istismar müddətini başa vurduğundan yenilənməsinə ehtiyac yaranıb.
Bu məqsədlə “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən şəhərin Sülh küçəsində qaz xəttinin yenilənməsinə başlanılıb. Aparılan işlərlə bağlı şəhərin qaz təchizatında heç bir fasilə yaranmayacaq. Bu xətt şəhərin bütün məhəllələrini və 1, 5 və 6-cı mikrorayonlarını əhatə edir.