Sumqayıtın məşhur şadlıq evləri cərimələndi - SİYAHI

2786
Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən şadlıq evləri ətrafında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti əməkdaşları tərəfindən monitorinq keçirilib.
Monitorinq zamanı Sumqayıt şəhəri  şadlıq evlərində atmosferə atılan zərərli qaz qarışıqlarının (CO,SO2) yol verilən həddən artıq olması müəyyən olunub.
Yuxarıda göstərilənlərlə əlaqədar 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən  “Dan Ulduzu” şadlıq evinin sahibi Abbasquliyev Sərdar Hüseyin oğlu, “Qubadlı” şadlıq evinin sahibi Əhmədov Lətif Abbasəli oğlu, “Şəhanə” şadlıq evinin sahibi Zülfüqarov Yaqub Cüməli oğlu  İdarənin müvafiq qərarları ilə hər biri 2500 manat məbləğində inzibati cərimə olunub.
ETSN- nin göstərişi əsasında 2018- ci ilin may ayında ölkə ərazisində, o cümlədən, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən şadlıq evlərinin və ictimai- iaşə obyektlərinin rəhbərliklərinə atmosfer havasına atılan zərərli maddələrin normallaşdırılması məqsədi ilə müasir qurğu və avadanlıqların quraşdırılmasından ötrü xəbərdarlıq məktubları verilib.
Hazırda digər şadlıq evlərinin sahibləri barədə inzibati tədbirlərin görülməsi davam etdirilir.  xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər