AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda Topaz Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Qəbələ” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Simurq” – “Qarabağ” matçının 66-cı dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Sumqayıt” – “Bakı” matçının 27-ci dəqiqəsində “Sumqayıt”ın məşqçisi Etibar Tanrıverdiyevin hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.