“Sumqayıt”ın oyuçusundan maraqlı açıqlamalar

935

“Büdcə çatmır…  

“Sumqayıt”ın futbolçularında çox zəif xarakter var. Onlarda peşəkarlıq yoxdu”

“Sumqayıt”ın yarımmüdafiəçisi Ceyhun Sultanovun Sportal.az saytına müsahibəsi
 – Birinci dövrədə “Qəbələ”yə 4:1 hesabı ilə uduzmuşduz. Sabah “Qəbələ”ni qəbul edirsiz. Bu oyundan nə gözləyirsən?
– “Qəbələ” ilə birinci oyunda hesabda irəli olmağımıza baxmayaraq müdafiədə səhvlərimiz oldu. Deyərdim ki, təcrübəsizlikdən uduzduq. “Qəbələ” iddialı komandadır, ilk “altılığ”a oynayır, hər bir şəraiti var. Komandada səviyyəli futbolçular çoxdu. Biz də cavan futbolçularıq. Çalışacağıq yaxşı futbol oynayaq. Maksimum nəticə göstərək.
– Bu oyunu  “Sumqayıt”ın  “altılığ”a düşmək üçün son şansı hesab etmək olar?
– Vallah, deyə bilmərəm bu, son şansdı, ya yox. Xallarımızı vaxtında yığa bilmədik. Ona görə də bu vəziyyətdəyik.
– Səncə, “Sumqayıt”ın ilk “altılığ”a düşmək üçün hələ də şansı var?
– Digər komandalar bizdən çox xal irəlidə deyillər. Amma belə götürəndə çox çətin olacaq. Hər halda bizdən güclü komandalar var. Həm maddi, həm də futbolçu cəhətdən. Deyə bilmərəm ki, “Sumqayıt”  “altılığ”da olacaq. Bu, çətin məsələdi.
– Komandanın iddialı olması üçün nə çatmır?
– Büdcə çatmır. Büdcə olanda komandaya yaxşı futbolçular da gətirmək olar. Bizim büdcəmiz başqa komandaların büdcəsi qədər deyil. Bu gün potensialın, maksimum gücün nəyə çatırsa, onu da edirsən.
– “Sumqayıt” heyətinə güclü futbolçular qatsaydı, səncə, “altılığ”da olardı?
– Məncə, 3-4 yaxşı futbolçumuz olsaydı, komanda “altılığ”a oynaya bilərdi.
– Bundan sonra komandanın məqsədi nədi? “Sumqayıt” “altılıq”dan kənarda qalsa, güclülər dəstəsindən uzaqlaşa bilər?
– “Altılığ”a düşməsə də, güclülər dəstəsində qalmaq üçün mübarizə aparacaq.
– “Qəbələ” “Sumqayıt” üçün son şans ola bilər? Onları udsanız, bir az da irəliləyə bilərsiz.
– Biz özümüz də bilirik axırıncı şansdı. Buna baxmayaraq hər oyuna 3 xalı qazanmaq üçün çıxırıq. “Simurq”la oyunda heç nədən qol buraxdıq. Bizim komanda təcrübəsizdi, hər dəqiqə oyunda qol buraxa bilərik. Biz  zəif deyilik, hamıya qarşı oynaya bilərik, sadəcə təcrübəmiz çatmır.
– “Qəbələ”ni evdə udmaq olar?
– Hər bir komandanı udmaq olar. Niyə də olmasın. Sadəcə düzgün oynamaq lazımdı.
– Revanş almağı düşünürsüz?
– Revonş barədə fikirləşməmişik. Oyunu bilmək olmur. Bəlkə biz udacağıq. Futboldu. Udmaq da, uduzmaq da var. Yaxşı futbol oynayanda, əlbəttə, qalib gəlmək olar.
– Komandanın son turlar uğursuzluğunun səbəbini nədə görürsən?
– Komandada çox zədəli futbolçular var. Məcbur qalıb ayrı oyunçular gətirib oynadırıq.
– Deyilir ki, komandada maaşlar gec verilir.
– Arada bir olur. Olan şeydi. Hər bir klubda olur, amma verilir. Hamısı ödənilib. Bu ayın maaşı qalıb. Bizim aylıq maaşlar ayın 7-12 arası veriləcək.
– “Sumqayıt”da potensiallı oyunçular var? 
– Potensial var, xarakter yoxdu. Hər insanın bir xarakteri olur. Onu da dəyişmək çox çətindi. Amma belə potensialları böyükdü. Futbolçuların çox zəif xarakteri var. Onlarda peşəkarlıq yoxdu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər