Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər Evində18 oktyabr-Dövlət Müstəqilliyi gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə şəhər birinciliyi təşkil edib.
İdarədən sumqayitxeber.com -a verilən məlumata görə, bilik yarışının keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual faəliyyətə cəlb olunması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması, Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında maarifləndirilməsi və asudə vaxtın səmərəli təşkili olub. Çempionatda Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov və Gənclər Evinin direktoru Pəri Vəliyeva çıxış edərək 18 oktyabr Dövlət Müstəqilliyi günü tarixindən, Ümummili Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub sağlanılması, möhkəmləndirilməsi uğrunda xidmətlərindən,dövlətçilik ənənələrindən, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərilən qayğıdan danışıb və bayram münasibətilə iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar. Çempionatda şəhərin müxtəlif sahələrini təmsil edən 25 yaşadək gənclərdən ibarət 11 komanda olmaqla, ümumilikdə 66nəfər öz bilik və bacarıqlarını sınayıb. Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri “Asan Sumqayıt”, II yeri “Cəbəllütariq”, III yeri isə “Gryffindor” komandası tutub. Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, kubok, medal və hədiyyələri ilə təltif edilib.