Sumqayıtın şəhər statusu almasnının 73-cü ildönümü qeyd edildi – FOTO

2819

Sumqayıtın şəhər statusu almasının 73-cü ildönümü qeyd olunub. Sumqayıt şəhər Muğam Mərkəzində keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın şəhər statusu almasının 73-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəhər sakinlərini təbrik edib.

Vurğulanıb ki, ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdar olub. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşayıb. 73 yaşlı Sumqayıt sözün həqiqi mənasında Ulu Öndərin arzuladığı bir şəhərə çevrilib. Özünə məxsus müasir şəhər nümunəsinə çevrilən Sumqayıt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində daha da inkişaf edib. Son 19 ildə ölkə başçısı 31 dəfə Sumqayıta səfər edib. Prezident İlham Əliyevin hər gəlişi Sumqayıtın tarixinə böyük hərflərlə yazılmaqla bərabər, şəhərimizin tərəqqisində və inkişafında xüsusi əhəmiyyətə malik olub.

Qeyd olunub ki, bu gün dinamik inkişafla irəliləyən, günbəgün qüdrətlənən Azərbaycanın ən dilbər guşələrindən birinə çevrilmiş Sumqayıtın sakini olmaq qürurvericidir.

Bildirilib ki, rəşadətli Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və qətiyyəti sayəsində uzun müddət davam edən münaqişənin cəmi 44 gün ərzində hərbi yolla sürətli və ədalətli həllinin mümkünlüyünü bütün dünyaya sübut etdi. 30 ilə yaxın müddətdə düşmən əsarətində olan torpaqlarımız azad olundu. Torpaqlarımızı azad etməklə biz dünyaya qalib xalq, qalib dövlət kimi tanındıq. Bu böyük qələbə xalqımızın mətinliyinin, cəsarətinin və dövlətimizin qüdrətinin təntənəsi oldu.

Tədbirdə Sumqayıtın inkişafından bəhs edən video-rolik nümayiş olunub. Daha sonra respublikanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər