Sumqayıtın tanınmış pedaqoqunun kitabı işıq üzü gördü – FOTO

1225

Sumqayıtın tanınmış pedaqoqu Bağdagül Hüseynovanın  ingilis dili üzrə “Vocabulary Areas” adlı kitabı işıq üzü görüb.

Kitabda 5-11-ci sinif dərsliklərinin lüğətləri də daxil olmaqla bir necə lüğət sahələrinə toxunulmuş, ingilis dilində səlis danışmaq, əməkdaşlıq etmək məqsədi ilə müxtəlif innovativ öyrənmə metodlarından, müasir dilöyrənmə mənbələrindən istifadə yolları göstərilmişdir. İngilis danışıq dilinin şirinliyinə təsir göstərən, IELTS proqramı üzrə imtahana hazırlıq ücün lazımlı olan, həyatın bütün sahələrində işlənən ən müasir idioma və frazeoloji birləşmələr seçilib iki bölmədə, izahatları və cümlə nümunələri ilə birlikdə vəsaitə daxil edilmişdir. Amerikan və Britaniya variantlı sözlərin fərqli lüğəti də kitabda oz əksini tapmışdır.
İngilis dilinin öyrədilməsi və öyrənilməsi yollarında müəllimlərə, məktəblilərə, tələbələrə, hətta valideynlərə və dili öyrənmək istəyən hər bir şəxsə kömək üçün tərtib olunmuş bu vəsait faydalı və yararlı ola bilər.

***

Huseynova Bağdagül Güləli qızı, Sumqayıt şəhəri 34 saylı tam orta məktəbin sabiq ingilis dili müəllimi 1952-ci il dekabr ayının 15-də Sumqayıt şəhərində anadan olmuşdur. 1969-cu ildə Sumqayıt şəhər 7 saylı tam orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olmuş və 1974-cü ildə ali məktəbi bitirmiş, Sumqayıt şəhər 7 və 34 saylı tam orta məktəblərdə ingilis dili müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı müavin kimi işləmiş, sənətinin vurğunu olmuş, ingilis dilini həvəslə tədris etmiş, pedaqoji fəaliyyətində, gənc nəslin düzgün tərbiyəsində göstərdiyi içtimai fəallığa və qazandığı uğurlara görə dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və işlədiyi məktəblərin müdiriyyətləri tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur.
2002-ci ildə “Ilin ən yaxşı müəllimi” Respublika musabiqəsinin qalibi, 2008 – ci ildə isə həmin müsabiqənin iştirakcısı olmuşdur.
45 illik pedaqoji fəaliyyəti ərzində “İlin ən yaxşi müəllimi”,“İlin ən yaxşı metodbirləşmə rəhbəri”, “İlin ən yaxşı sinif rəhbəri”, “Müəllimin ən yaxşı mühazirəsi” müsabiqələrinin qalibi olmuş, məktəbdaxili və məktəblərarası iş təcrubəsi yayılmışdır.
Ölkəmizin bir çox xarici olkələrində və Respublikamızın bölgələrində onun yetirmələri ingilis dili müəllimi, tərcüməçi, diplomat, hüquqşünas və digər ixtisaslar üzrə fəaliyyət göstərirlər. Ele ona görə də 2007-ci ildə “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə üç mərhələli təlim kursunu bitirdikdən sonra ona Azərbaycan Müəllimlər İnstitutu tərəfindən “Öyrədən” statusu verilmişdir.
Bir çox məqalələr nəşr etdirmiş, pedaqoji mühazirələr aparmış, hamının hörmət və inamını qazanmışdır.
Yaşa görə təqaüddə olmasına baxmayaraq qazandığı hörmət və inam onu yenə də işləməyə, kömək etməyə vadar edir. “ Vocabulary Areas” adlı bu vəsaitin tərtibatında məqsəd dil öyrənmək ehtiyaçı olanlara kömək etməkdir, bu vəsait onun sənətinə və cəmiyyətin hər bir üzvünə olan məhəbbətin və hörmətinin nəticəsidir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər