Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib.
sumqayitxeber.com xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.
Belə ki, sumqayıtlı veteran idmançı Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Fərhad Rəcəblinin usta cüdoçular arasında qazandığı 8-ci dünya çempionluğudur.
Qeyd edək ki, hələ sovet dövründə, 1978-ci ildə Fərhad Rəcəbli Macarıstanda keçirilmiş gənclər arasında Avropa birinciliyində III yerə layiq görülməklə Azərbaycan cüdoçuları arasında ilk dəfə olaraq Avropa miqyaslı yarışlarda medal qazanıb