“Sumqayıt”ın yeni transferi: “Bakı” ilə oyunda bəxtimiz gətirmədi”

936
“Sumqayıt”ın yeni transferi Mirzağa Hüseynpur  Sportal.az saytına müsahibəsində həm “Sumqayıt”dakı debütündən, həm də Premyer-Liqanın səviyyəsindən danışmaqla yanaşı, digər maraqlı məqamlara da toxunub.
– Ötən həftə Premyer Liqada debüt etdin. “Bakı”yla görüşdə ilk dəfə meydana çıxdın. Nə deyə bilərsən?
– İstəyirdim ki, yaxşı olsun, yaxşı oyun göstərim. İlk oyunum olduğu üçün həyəcanlı idim. Mənim səhvimdən qol vurdular. Biz “Bakı”dan güclü oynadıq, amma bəxtimiz gətirmədi. Heç-heçə də pis nəticə sayılmır. “Bakı” güclü komandadır. Amma komandamızın oyunundan hamı razı qaldı.
– Öz oyunun haqqında nə dşünürsən?
– Öz oyunum pis alınmadı. İlk oyun olduğu üçün tam oyunumu oynaya bilmədim. İnşallah, daha yaxşı oynayacaqlar.
– Azərbaycan Premyer Liqası sənə necə təsir bağışladı?
– Mən düşünürdüm ki, “Bakı” bizdən zəif oynayar. Amma çox güclü komanda idi. Belə getsə, növbəti illərdə Azərbaycan komandaları ÇL-də, Avroliqada özlərini yaxşı cəhətdən göstərəcklər.
– Rusiya çempionatı ilə Azərbaycan Premyer Liqası arasında necə fərq var?
– Rusiya çempionatı, təbii ki, güclüdür. Mənim oynadığım “Rostov” da güclü komanda idi. Amma futbol futboldur. Rusiya futbolunun reytinqi dünyada daha yüksəkdir. İnşallah bir gün Azərbaycan futbolundan da Avropada danışarlar. Bizdə də güclü futbol olacaq.
Elsevər MƏMMƏDOV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər