Tarix üzrə fəlsəfə doktoru Ulduz Quliyevanın “Azərbaycan Respublikasının beynəlxalq iqtisadi-mədəni əlaqələrində Sumqayıtın iştirakı” adlı kitabı nəşr olunub.
sumqayitxeber.com xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru professor Həsən Əlibəylidir.
Monoqrafiyada Azərbaycan Respublikasında güclü iqtisadi, mədəni imkanlara, böyük sənaye potensialına malik olan Sumqayıt şəhərinin siyasi-iqtisadi, mədəni bazasının vəziyyəti və onun xarici aləmə çıxmaq imkanları açıqlanır. Sumqayıt şəhərində yerləşən müxtəlif profilli sənaye müəssisələrinin 1991-2005-ci illərdə dünyanın əksər ölkəsi ilə apardığı idxal-ixrac əməliyyatları konkret statistik faktlara əsaslanaraq təhlil olunur. Eyni zamanda mədəniyyətin müxtəlif sahələri üzrə Azərbaycanın beynəlxalq əlaqələrində Sumqayıtın rolu ətraflı şərh olunur.
Qeyd edək ki, U.Quliyeva iki dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.