Sumqayıtlı aktyor Napoleon rolunda

602

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F.Bruknerin əsəri əsasında səhnələşdirilmiş “Napoleon” tamaşasının premyerası olub.

Tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Əməkdar İncəsənət Xadimi Rimma Məmmədovadı.

Napoleon rolunu Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Oqtay Mehdiyev, Jozefina rolunu Xalq Artisti Zemfira Nərimanova ifa ediblər. Digər rolları əməkdar artistlər Sabir Məmmədov, Elşən Rüstəmov, aktyorlar Şəhla Əliqızı, Türkel Şabanova, Sərdar Rüstəmov, Rumiyyə Ağayeva, Elçin Əhmədov və başqaları oynayıb.

İki saat davam edən tamaşa maraqla qarşılanıb.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər