Sumqayıtlı aktyor Yalçın Səlimova qaraciyər köçürüldü

263

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub.

APA -nın məlumatına görə,aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib. Bir müddət öncə Y.Səlimovun qaraciyərində ciddi pozuntular aşkarlanıb və o, təcili surətdə xəstəxanaya aparılıb.
Aktyorun müraciətindən dərhal sonra əməliyyat və müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Qaraciyər serrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülüb. Yaxınlarının verdiyi məlumata görə, Yalçın Səlimov 8 saat davam edən əməliyyatdan sonra ayılıb və özünü qənaətbəxş hiss edir. Obu işdə ona yardımçı olmuş hər bir şəxsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər