Sumqayıtlı deputat qeyri-neft sektorunda ən çox dəyər yaradan sahələrdən DANIŞDI

1031

“S&P Global Ratings nüfuzlu beynəlxalq reytinq agenliyi Azərbaycanda Ümumdaxili Məhsulun həcminin 2018-ci ildə 2%, 2019-cu ildə 3.5%, 2020-ci ildə 3.5% artacağını proqnozlaşdırır”.
Bu barədə Milli Məclisin iqtisadi siayasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkilişi bildirib.

O qeyd edib ki, 2017-ci ilin ilk 6 ayı ərzində qeyri-neft sektoru 1.7%, qeyri-neft sənayesi 4.4%, qeyri-neft ixracı isə 27%, kənd təsərrüfatı məhsul istehsalı isə 2.2% artıb:
“Bu göstəricilər onu deməyə imkan verir ki, iqtisadiyyatda inkluzivlik və dayanıqlığın təmin olunması istiqamətində mühüm işlər görülür. Yeni iş yerləri açılır və yeni layihələr icra edilir. Bir neçə gün öncə Neftçalada ilk sənaye məhəlləsi istifadəyə verildi, daha 2 sənaye məhəllələri inşa olunur. Kiçik və Orta sahibkarlar üçün maliyyə resurslarının daha əlçatan olması üçün Kedit Zəmanəti Fondu yaradıldı”.

T.Mirkişili 2018-ci ilin dövlət büdcəsinin artırılmasının planlaşdırıldığını bildirib:
“Bütün bu addımlar 2018-ci ildə iqtisadi inkişafa öz müsbət təsirini göstərəcək. Qeyri-neft sektorunda ən çox dəyər yaradan sahələr sənaye, kənd təsərrüfatı, turizm, tranzit nəqliyyat sektorunun olması gözlənilir”.(Modern.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər