Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunu müşahidə edənlər arasında sumqayıtlı millət vəkili Nizami İsgəndərov da olub. Milli Məclisin üzvü prosesin uğurla başa çatdığını bildirib. MDB Parlament Assambleyasının müşahidə missiyasının tərkibində seçkiləri izləyən Nizami İsgəndərov jurnalistlərə açıqlamasında hazırda Ukraynada ictimai-siyasi sabitliyin hökm sürdüyünü deyib. O, ikinci turun da normal keçdiyini, heç bir ciddi qanun pozuntusuna rast gəlmədiklərini, sadəcə xırda texniki qüsurlara yol verildiyini söyləyib: “Hələlik səslərin hesablanması prosesi gedir. Yekun nəticə bu gün axşam və ya sabah səhər bilinəcək. Hazırda Viktor Yanukoviç 2,5 faiz səs üstünlüyü ilə qabaqdadır. Lakin təxminən səslərin 4-6 faizi hesablanmayıb. Bu isə iki vilayət deməkdir”.
Bu sözləri həmşəhərlimiz seçkilərdən az sonra söyləmişdi. Artıq seçki prosesindən bizi kifayət qədər zaman ayırırır və V.Yanukoviçin qalibiyyəti rəsmən təsdiqlənib.