Sumqayıtlı gənc beynəlxalq şəbəkənin prezidenti seçildi – FOTO

1013
Beynəlxalq Gənclər Ekspres Şəbəkəsinin avqustun 28-də keçirilən virtual ümumi yığıncağında şəbəkənin yeni idarə heyəti üzvləri və üzv təşkilatları müəyyən olunub.
Keçirilən seçkilərdə “Sağlam Düşüncə” Gənclər Təşkilatının (SDGT) həmtəsisçisi Ramiz Əliyev yenidən – ikinci dəfə 2 il müddətinə Gənclər Ekspres Şəbəkəsinə prezident seçilib.
Gənclərlə iş sahəsində çalışan Ramiz Əliyev təşkilatın beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq qurmasına öz töhfəsini verib.
Gənclər Ekspres Şəbəkəsi gənclər təşkilalartından ibarət Avropa şəbəkəsi olub, əsas məqsədi gənclərin ehtiyac və iştirakının təmin olunduğu və qiymətləndirildiyi inkluziv cəmiyyət yaratmaqdır. Şəbəkə yerli, regional və beynəlxalq səviyyədə çalışan təşkilatlarla tərəfdaşlıq edir.

Sumqayıtlı kadr beynəlxalq şəbəkənin prezidenti seçildi  - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər