Sumqayıtlı gənc yazar birinci yerdədir

691

Sumqayıtlı gənc yazarın yazısı ilk pillədədir   Söhbət ölkənin nüfuzlu ədəbiyyat saytlarından olan “kultaz.com”un keçirdiyi bədii yazı müsabiqəsində “168 saat” qəzetinin  və “sumqayitxeber.com” saytının yazarı Səbinə Dənizin yazısının oxuculardan aldığı səslərlə birinci yerdə qərarlaşmasından gedir.

Ana və uşaqların problemlərini özündə əks etdirən yazıların qəbul edildiyi müsabiqəyə birinci mərhələdə 34 müəllif publisistik yazılar, şeir və hekayələr təqdim edib.

Təşkilat Komitəsi onlardan 18-ni seçərək portalda dərc edib.

Öncə final mərhələsində oxucuların səsverməsinə cəmi 10 yazının buraxılacağı bildirilsə də, Təşkilat Komitəsinin yekdil qərarına görə, dərc edilən bütün yazılar səsverməyə təqdim edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd cəmiyyətin diqqətini gənc anaların və uşaqların problemlərinə yönəltmək olub.

Qeyd etdiyimiz kimi hazırda həmşəhərlimizin yazısı oxucular tərəfindən daha çox səs alıb.  Son nəticəyə görə o, 274 səslə ilk pillədədir.

Nəticələrə bu linkdən izləyə bilərsiniz:
http://kultaz.com/2012/03/07/9-ay-musabiqe-sesverme-basladi/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər