Sumqayıtlı gənc yazar yeni kitabını təqdim edəcək

632

Sumqayıtlı yazar Sahilə İbrahimovanın “Yuxarı və aşağı ətraflar” kitabı bu günlərdə çap olunacaq. Kitabın təqdimat mərasimi 20 oktyabr (saat 14:00-dan 16:00 ) bakıda “Park Bulvar” Ticarət mərkəzində olacaq.
Kitaba daxil olan əsərlərdən biri-“Məhv edilmiş xilaskarlar” Əfqanıstana göndərilmiş Sovet casusunun həyatından bəhs edir. Döyüşlərin birində Əsgər adlı casus ağır yaralanır. Onun həyat yoldaşı ərinin əcəli ilə ölüm-dirim mübarizəsinə girir. O, ölsə, dünya ən yaxşı insanlarından birini, qəhrəmanını itirəcək deyir və ərinin ömrünü davam etdirmək üçün müxtəlif üsullara əl atır.

Qısa roman-“Yuxarı və Aşağı ətraflar” yuxarılardan və aşağılardan bəhs edir. Təsadüflər 3 kasıb və 3 varlı dostu üz-üzə gətirir. Onlar həyat meydanında yanaşı yaşamalı olurlar. Yeni evlilər, varlı Sahiblə kasıb Xanzadə mənzillərində ölü tapılanda sual sual üstünə gəlir. Xanzadənin uşaqlıq dostları Zeyni və Gün əsər boyu ölümlərin səbəblərini tapmağa çalışırlar. Məhz nə baş verib-təsadüfi qaz zəhərlənməsi, intihar, yoxsa qəsdən adamöldürmə?
Əsərin sonunda əldə edilən qənaət belədir: yuxarı ətraflar daha çox şey etmək iqtidarındadırlar. Aşağı ətrafların səhvləri və düzləri çox zaman onlardan asılı olur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər