Sumqayıtlı gənc yazarla görüş-FOTOLAR

1196

Bu günlərdə Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın oxu zalında gənc yazar Sahilə İbrahimova ilə görüş keçirilmişdir. Görüşdə gənc yazarın yeni çapdan çıxmış “Yuxarı və aşağı ətraflar” kitabının təqdimatı və müzakirəsi keçirilmişdir.

Qeyd edək ki, kitaba daxil olan əsərlərdən biri – “Məhv edilmiş xilaskarlar” Əfqanıstana göndərilmiş Sovet casusunun həyatından bəhs edir. Döyüşlərin birində Əsgər adlı casus ağır yaralanır. Onun həyat yoldaşı ərinin əcəli ilə ölüm-dirim mübarizəsinə girir. O ölsə dünya ən yaxşı insanlarından birini, qəhrəmanını itirəcək deyir və ərinin ömrünü davam etdirmək üçün müxtəlif üsullara əl atır.

Qısa roman – “Yuxarı və Aşağı ətraflar” Yuxarılardan və Aşağılardan bəhs edir. Təsadüflər üç kasıb və üç varlı dostu üz-üzə gətirir. Onlar nəhəng dünyamızda yan-yana yaşamalı olurlar. Yeni evlilər, varlı Sahiblə kasıb Xanzadə mənzillərində ölü tapılanda sual sual üstünə gəlir. Xanzadənin uşaqlıq dostları Zeyni və Gün əsər boyu ölümlərin səbəblərini tapmağa çalışırlar. Məhz nə baş verib – təsadüfi qaz zəhərlənməsi, intihar, yoxsa qəsdən adamöldürmə?

Əsərin sonunda əldə edilən qənaət belədir:  Yuxarı  ətraflar daha çox şey etmək iqtidarındadırlar. Aşağı ətrafların səhvləri və düzləri çox zaman onlardan asılı olur.

Görüş iştirakçıları kitab haqqında öz təsüratlarını bölüşüb və iştirakçıların ünvanladığı suallar gənc yazar tərəfindən cavablandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər