Sumqayıtlı gəncin ABŞ-da qətlə yetirilməsindən valideynləri xəbərsizdir

1970
 Elçinin ABŞ-da qətlə yetirilməsindən valideynləri xəbərsizdir
Xəbər verdiyimiz kimi, yanvarın 14-də ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində telefon təmiri və satışı ilə məşğul olan Azərbayacan vətəndaşı, 17.06.1989-cu il təvəllüdlü Elçin Rəsul oğlu Xəlilov mağazaya basqın edən naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Mərhumun qohumları  azvision.az -a bildiriblər ki, E.Xəlilovun cənazəsi bu həftənin bazar günü Azərbaycana gətiriləcək. Yaxınlarının dediyinə görə, valideynləri onun Amerikada qətlə yetirilməsindən xəbərsizdir.

“Elçingil iki qardaş idilər. Hazırda onun meyitinin Azərbaycana gətirilməsi ilə böyük qardaşı və əmisioğlu məşğul olur. Cənazəsi yola salınandan sonra valideynlərinə onun ölümü barədə məlumat veriləcək. Hələ ki, bunu onlardan gizlədirik. Meyitin ölkəyə gətirilməsi üçün maddi sıxıntımız yoxdur”,- deyə bildiriblər.

Qeyd edək ki, E.Xəlilov basqın edilən “Fixer Electronic Repair” mağazasının sahibi olub. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetində təhsil alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər