Sumqayıtlı gənclər şəhid ailələrinə baş çəkiblər

827

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür qayğı ilə əhatə olunması təşkil edir.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində də şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları şəhid Əliyev Səmid Xoşbəxt oğlu, Bəktiyev Müşviq Abbas oğlu və Heydərov Anar Bəhruz oğlunun ailələrini ziyarət ediblər. Görüşlərə, həmçinin şəhər “Cümə” məscidinin axundu Hacı Rauf Sərdarov və idman ictimaiyyətinin nümayəndələri də qatılıb.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində zəfər tariximizə adı qızıl hərflərlə yazılmış şəhidlərimiz xalqımızın qürur mənbəyi olaraq hər zaman anılacaq və heç bir zaman unudulmayacaqlar.

Qeyd edək ki, Əliyev Səmid Xoşbəxt oğlu Füzuli uğrunda, Bəktiyev Müşviq Abbas oğlu Xocavənd uğrunda, Heydərov Anar Bəhruz oğlu isə Suqovuşan istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəhid olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər