Sumqayıtlı Gül Vüqarın qətlindən – Yeni xəbər

2459

Sumqayıt şəhərində mağaza sahibini qətlə yetirməkdə təqsirli bilinən Vüsal Novruzovun barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Vüsal Novruzovun cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il mayın 24-də Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Quliyev öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb.

Vüqar Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı varmış.

O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.

Hadisəyə gəldikdə, Vüqar Quliyevi keçmiş işçisi Vüsal Novruzov tərəfindən qətlə yetirib.

Vüsal Novruzov bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək Vüqar Quliyevin kürək nahiyəsindən bıçaqla zərbələr endirib.

Onun psixi problemlərinin olub.

İstintaq orqanı tərəfindən Vüsal Novruzovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər