Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin idmançıları Respublika Şahmat mərkəzində keçirilmiş şahmat üzrə respublika birinciliyində qalib olub. Belə ki, 8 yaşlılar arasında 7 xalla Sahil Mehrəliyev, 16 yaşlılar arasında isə 9.5 xalla Misrəddin İsgəndərov II yerə layiq görülüblər. Qaliblər medal, diplom və hədiyyələrlə təltif olunublar. Hər iki şahmatçı Avropa birinciliyinə vəsiqə qazanıb.
1981-ci ildə yaradılan şəhər Şahmat Məktəbində hazırda 41 qrup fəaliyyət göstərir. Bu qruplarda 21 məşqçinin rəhbərliyi altında 584 nəfər uşaq, yeniyetmə, gənc şahmat və dama ilə məşğul olur.