Ötən gün “Maşın” şounun növbəti yarış günü geridə qalıb. Lent.az -ın məlumatına görə, bu dəfə səs verməyə müğənni Ramal İsrafilov çıxarılıb. Müğənni oyun boyu qalib gələcəyi halda hədəfinin kim olacağını deməsə də sonda 82,27 faiz səs toplayaraq aktyor Məcid Hüseynovu oyundan kənarlaşdırıb.
Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.