Sumqayıtlı Millət Vəkili hesabat verdi

713

Sumqayıtın deputatı, professor Musa Qasımlı 2012-ci il üçün hesabatını Sumqayitxeber.com saytına təqdim edib:

 Milli Məclisin 14 fevral tarixli V sessiyasının  2-ci iclasında Suriya  ətrafında baş verən hadisələrlə bağlı çıxış edərək Azərbaycanın mövqeyinin düzgün, Ruminiyada olan zəlzələdən ziyan çəkənlərə Azərbaycanın göndərdiyi yardımların ölkəmizin artan nüfuzunun göstəricisi olduğunu vurğulayıb, çoxuşaqlı ailələrə dövlət qayğısının artırılmasını, uşaq pulları sisteminin tətbiqini, televiziya kanallarındakı düşük şou proqramlarının ləğvini, onların əvəzində tarix və mədəniyyətimizlə bağlı maarifçilik proqramlarına geniş yer verilməsini təklif edib.

Milli Məclisin 7 mart tarixli V sessiyasının 4-cü iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında çıxış edib.

Milli Məclisin 16 mart tarixli  V sessiyasının  5-ci iclasında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il üçün fəaliyyəti haqqında hesabatı barədə çıxış edərək sovet dönəmində banklara qoyulmuş və əslində batmış əmanətlərin qaytarılmasına dair cənab Prezident İlham Əliyevin fərmanını yüksək qiymətləndirib,Vandakı zəlzələdən dərhal sonra Fövqəladə Halar Nazirliyinin göstərdiyi yardımı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çöllüklərdə ağaclar əkməsini, Daxili İşlər Nazirliyi və Dövlət Sosial Mudafiə Fondu rəhbərlərinin əhali ilə görüşlərinin əhəmiyyətli, inşaat şirkətlərinin əhalini aldatmasının yolverilməz olduğunu bildirib, demoqrafik inkişaf ilə bağlı olaraq  qanunun qəbul edilməsinin vacibliyini, yerlərdəki idarə və təşkilatların vətəndaşların qəbulunu sadələşdirimələrinin, qapıları açmalarının lazımlığını, hökumət  orqanlarından Sumqayıta daha çox diqqət yetirmələrini xahiş edib.

Milli Məclisin  6 aprel tarixli  V sessiyasının 7-ci iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında çıxış edərək müasir yolların tikintisi ilə parallel olaraq qəzaların sayının artmasının üzücü olduğunu, adamlarımızın yollarda həlak olmalarının qarşısını almaq üçün təkliflərini, qanunlarımızın dili ilə bağlı məsələləri qaldıraraq ana dilimizin zənginliyini qorumağın vacibliyini bildirib.

Milli Məclisin 30 noyabr tarixli V sessiyasının 8-ci iclasında  dövlət başçısının Sumqayıtın abadlaşdırılması və yeni iş yerlərinin açılması üçün ayırdığı əlavə vəsaitə görə seçicilər  adından təşəkkür edib, arxivlərimizdə ödənişli sistemin tətbiqini, arxivlərin ixtisaslı kadrlarla təmin edilməsi məqsədi ilə BDU-nun kitabxanaçılıq fakültəsinin nəzdində Arxivşünaslıq ixtisasının açılmasını təklif edib.

Milli Məclisin 12 iyun tarixli VI sessiyasının 1-ci iclasında  İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirələrdə çıxış edərək şəhər və qəsəbələrimizdə təmizliyə riayət edilməsi, ekologiyanın və vətəndaşlarımızın sağlamlığının qorunması üçün qanunların sərtləşdirilməsini təklif edib.

Milli Məclisin 1 oktyabr tarixli VII sessiyasının 1-ci iclasında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və digər ərazilərə xaricilərin icazəsiz getmələrinin qarşısının alınması, işğal edilmiş torpaqların vahid işğal gününün elan edilməsi, soyqırım abidəsinin ucaldılması, xarici ölkələrdə açılmış Azərbaycanşünaslıq mərkəzlərinin tariximizə, mədəniyyətimizə dair kitablarla təmin edilməsi, uşaq televiziyasının açılması üçün təkliflərini deyib.

Milli Məclisin 14 noyabr tarixli VII sessiyasının 5-ci iclasında Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərkən dövlət büdcəsinin hazırlanmasını müsbət qiymətləndirib, elm və təhsilə ədalətli rəqabətin gətirilməsini, universitetlərin dövlət  büdcəsindən asılılığının azaldılmasını, alim əməyinə qiymət verilməsində yekunda bərabərliyə son qoyulmasını, AMEA-da qədim dillərin öyrədilməsi üçün vəsait ayrılmasını, tələbələr üçün yataqxana şəbəkələrinin tikinitisinə xüsusi diqqət yetirilməsini, Azərbaycanda istehsal olunan və ya istehsalı mümkün olan mallar üzərində rüsumun artırılmasını, banklarda faiz dərəcələrinin aşağı salınmasını, Ermənistanın təcavüzünə dair filmlərin çəkilişinin, kitabların nəşrininin maliyyələşdirilməsini təklif edib.

Millət vəkili həmçinin digər vacib hesab etdiyi məsələlər barədə də şıxış edib.

Seçicilərlə iş:

Hesabat ilində Musa Qasımlı Sumqayıtda bir neçə  məktəbdə müəllimlərlə, gənclər, təqaüdçülər, müharibə veteranları, 4, 5, 6, 8, 11-ci mikrorayonlarda seçicilərlə görüşüb.Qələbə gününə həsr edilmiş tədbirlərdə, Sumqayıtdakı  fiziki qüsurlu uşaqlar üçün internat məktəbində  xeyriyyə görüşündə, şəhər səviyyəli digər toplantılarda  iştirak edib.

Hesabat ilində Musa Qasımlının ünvanına   36 yazılı müraciət (bunların 9-u müəssisə və təşkilatlardan, 27-i isə vətəndaşlardan) daxil olub. Bütün müraciətlərə cavab verilib və müvafiq orqanlara baxılmaq üçün gondərilib.

Musa Qasımlı həmçinin seçicilərinin xeyir-şər məclislərində də iştirak edib. Kütləvi informasiya vasitələrində çıxışlar edib, müsahibələr verib.

Beynəlxalq  konfranslarda iştirak

Millət vəkili Musa Qasımlı hesabat ilində elmi fəaliyyətini də davam etdirib. Tariximizə, xüsusən Ermənistanın ölkəmizə təcavüzü, dövlətimizin   beynəlxalq əlaqələrinə dair əsər və məqalələri Azərbaycan ilə yanaşı Argentina, Türkiyə, Rusiya, Ukrayna  və b. ölkələrdə nəşr edilib. Professor Musa Qasımlı Türkiyə, Rusiya, Avstriya və Macarıstanda keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan tarix elmini layiqincə təmsil edib.

     Professor Musa Qasımlı tarixi həqiqətlərin təbliğində fəaliyyətinə görə, Avropa Qəzetçilər Dərnəyi tərəfindən 2012-ci il üçün “İlin millət vəkili” adına layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər