Azərbaycan tarixçisi, millət vəkili Musa Qasımlı İzmirin qurtuluşunun Bakıda bayram edilməsi haqqında məruzə edəcək.
Millət Vəkilinin köməkçisi Tural Qənbərov “Sumqayitxeber.com” saytına açıqlamasında bildirib ki, İzmirdə sentyabrın 26-28-də Türkiyə, Rusiya, İtan, Gürcüstan, Ukrayna və digər ölkələrin nüfuzlu tarixçilərinin keçiriləcəyi beynəlxalq simpoziumda Azərbaycan tarixçisi, millət vəkili professor Musa Qasımlı İzmirin düşmən işğalından xilas edilməsinin sovet mətbuatında əks olunması, Bakıda Azərbaycan SSR hökuməti və Azərbaycan xalqı, Tiflisdə isə azərbaycanlılar tərəfindən coşqu ilə bayram edilməsi barədə ən mötəbər mənbələr əsasında məruzə edəcək.