Sumqayıtlı rəssamın şagirdlərinin əl işlərindən ibarət sərgi olub – FOTOLAR

1699
Ötən həftə Azərbaycanın gözəl guşələrindən biri olan Qusar rayonunda, rəssam Nigar Arifin təsis etdiyi Cahan Art studiya şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib. Malek group ve Cahan Art studio-nun birgə lahiyəsi olan bu tədbir “Səhərdən bölgələrə art səyahət” adlanırılmışdı.
sumqayitxeber.com xəbər verir ki, iki hissədən ibarən tədbirin ilk hissəsi  “Chateau Qusar” otelinin ərazisində, açıq havada baş tutdu. Təxminən üç saat ərzində təbiət qoynunda olan uşaqlar əsrarəngiz Qusar mənzərlərini öz təfəkkürlərinə müvafiq tərzdə, rəngli boyalarla kənan üzrəinə köçürdülər.
Axşam saatlarına təsadüf edən ikinci hissədə uşaqlaın payız peyzajında çəkdiyi rəsmlərdən ibarət sərgi keçirildi. Böyük maraq və coşquyla davam edən sərginin sonunda maraqlı hərrac təşkil edildi. Azyaşlı rəssamların əl işləri  tədbirin qonaqları tərəfindən alındı. Belə bir addım, heç şübhəsiz ki, uşaqların özlərinə güvənin artmasına və sənətə maraqlarının daha da möhkəmlənməsinə böyük töhfədir.
Tədbir zamanı həmçinin, “Malek Group” MMC təqdim etdiyi iki muxtəlif fəaliyyət növu olan  “Jitent camp” və “Yashil agro produckt” brendlərinin təqdimatı da keçirildi.
Sərgidə qonaq qismində Qusar rayon Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının sədri Neva Əbdülrəhmanova, Qusar şəhər Olimpiya kompleksinin rəhbəri Məcid Məcidov, Qusar rayon İncəsənət Məktəbinin rəhbər və müəllim heyəti,  Şahdağ istirahət kompleksinin kollektivi, “Chateau Qusar” istirahət kompleksinin müdiriyyəti, yerli incənət xadimləri, rəssamlar, rayonun  ziyalıları, sahibkarlar və digər sakinləri iştirak edirdilər. “Ləzginka” rəqs qrupunun ifasindakı rəqs nomrələri tədbirdə daha şux ab-hava yaratmışdı.
İştirakçıları və qonaqları salamlayan  “Malek Group” MMC- nin təsisçisi  Malik Qurbanov belə bir yaradıcılıq sərgisinin hər bir  azyaşlı iştirakçıya öz gələcək karyerasını düzgün qurmaq üçün necə gözəl töhfə olacağını vurğuladı:
“Çox gözəldir ki, bu sənətə azyaşlılarar asında böyük maraq var. Uşaqların istəklərini nəzərə alaraq onlara bu istiqamətdə dəstək olan valideynlərə, sənətin sirlərini öyrətməkdə böyük zəhməti keşən müəllimlərə və bu tədbirin keçirilməsində yaxından iştirak edən bütün şəxslərə təşəkkür edir, balacalara isə fəaliyyətlərində uğurlar arzulayıram”.
“Cahan Art” studiyanın rəhbəri Nigar Arifqızı isə şagirdləri ilə qürur duyduğunu dilə gətirdi:
“Mən çox sevinirəm ki, bu gün artıq növbəti sərgimizi keçiririk. Bir müəllimənin ən gözəl hədiyyəsi onun yetirmələridr. Bu uşaqların hər biri ayrıca bir dünyadır. Bir-birindən fərqli, bənzərsiz rənglərlə dolu dünya. Əziz şagirdlərimə və onların valideynlərinə təşəkkür edirəm. Bu hələ başlanğıcdır, qarşıda bizi daha boyuk layihələr gözləyir. Fürsətdən istifadə edib onu da qeyd edim ki, yaxın gələcəkdə Qusarda “Cahan Art” studiyanın filialı fəaliyyətə başlayacaq. Burada yaşayan balaca istedadlı balalrı da kəşf edəcəyik”.
Tədbirin yekununda kiçik konsert proqramı, çay süfrəsi təşkil edildi. Bütün iştirakçılara sertifikat və hədiyyələr təqdim olundu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər