Bu günlərdə «Kimyaçı» Mədəniyyət sarayında Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli İnternat məktəbin yetirmələrinin əl işlərinin auksion satışı keçirildi.
«Qırmızı Aypara» Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və internat məktəbin birgə layihəsi çərçivəsində keçirilən auksionda bəzi dövlət orqanları və millət vəkilləri iştirak etsə də iş adamlarına rast gəlinməyib. Şəhərimizdə fəaliyyət göstərən iş adamları tək bu xeyriyyə tədbirinə deyil, digər aksiyalara da qoşulmurlar. Ötən il “Sumqayıt hadisələri” haqqında kitabın daha çox tirajla çap olunması üçün şəhərin iş adamlarına müraciət olunmuşdu. Təəssüflər olsun ki, bu çağırışa da onlar qoşulmadılar.
Son xeyriyyə auksionuna olan biganəliyi nəzərə alaraq “sumqayitxeber.com” saytı bu mövzunu ictimai müzakirəyə çıxardır. Gənclərin iştirakı ilə sosial şəbəkələrdə müzakirələr aparılacaq və iş adamlarına müraciətlər ünvanlanacaq.
Mövzuya qayıdacağıq…
Basqa seylere tez pul taparlar. Ancaq xeyriyye islerine qosulmazlar. Sumqayitlilarin pullari ile varlanirlar amma xeyriyye islerine gelende Sumqayitlilar yaddan cixir
Mən düşünürəm ki, onları baykot eləmək lazımdır. Eyvaz müəllim, siz iştirak etmiyən iş adamlarının və təşkilatlatların siyahısını saytda qoyun biz onları baykot edək.
Onlar basa dusmur ki, bu cur tedbirlerde istirak etmek ozu ele en boyuk reklamdir. Gorunur hele onlar hec reklam nedir onu da bilmirler.
Bilirsinizmi,xeyirxahliq insanin daxilinden gelen bir hissdir.Onu pulla satin almaq olmaz.