Sumqayıtlı seçicilərin göz müayinəsi davam etdirilir

1044

Milli Məclisin deputatı Muxtar Babayev bir müddət əvvəl Sumqayıtın 9-cu mikrora­yonundan göz müayinəsinə və müalicəsinə ehtiyacı olan seçicilərinin Zərifə xanım Əli­yeva adına Respublika Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən müayinəsini təş­kil etdikdən sonra növbəti olaraq bu günlərdə 10-cu mikrorayondan olan seçicilərinin göz müayinəsindən keçmələrini təşkil etmişdir.

Hələ həkimlərin səyyar göz müayinə-profilaktikasına başlamazdan bir neçə gün əvvəl tibbi aksiyanın keçiriləcəyi barədə 10-cu mikrorayonda yaşayan bütün seçicilərə xüsusi bildiriş göndərilməklə məlumat verilmişdi. Seçici-pasientlərin həkimlərin qəbulu zamanı gələrkən vaxt itirməməsi məqsədilə bildirişdə onların hər biri üçün qəbul vaxtı dəqiq göstərilmişdi.

«Kimyaçı» Mədəniyyət sarayında təşkil olunmuş  bu xeyirxah tədbirin davam etdiyi bütün müddət ərzində  Oftalmologiya Mərkəzinin həkimləri – tibb elmləri namizədi Nərgin Ağamoğlanova və həkim-oftalmoloq Kəmalə Xəlilova pasientlərə xüsusi qayğıkeşliklə yanaşaraq, onların görmə qabiliyyətlərini müəyyənləşdirmiş, göz dibi təzyiqinin və han­sısa bir xəstəlik əlaməti olub-olmadığını yoxlamadan keçirmişlər. Həkimlər tərəfindən gör­mə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərilmiş, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər verilmişdir.

10-cu mikrorayonun sakinləri Sumqayıtda ilk dəfə olaraq Milli Məclis deputatının öz seçicilərinə, onların sağlamlığına göstərilən bu cür diqqət və qayğını yüksək qiymət­ləndir­mişlər. Qeyd etmək lazımdır ki, Millət vəkili M.Babayevin təşəbbüsü ilə seçi­cilərin bu cür göz müayinəsi aksiyası onun deputat seçildiyi 43 saylı Sumqayıt 3-cü seçki dairəsinə daxil olan digər mikrorayon və məhəllə sakinləri üçün də ardıcıl olaraq keçiriləcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər