Tanınmış aparıcı Mətanət Əliverdiyeva oğlundan danışıb.
Yenicag.az-a açıqlama verən aparıcı oğlunu evləndirərkən, seçiminə müdaxilə etməyəcəyini deyib:
“Oğlum çox ağıllıdır və bilirəm ki, evlənəndə seçimi ilə peşman etməyəcək. Hələ indiyə qədər mən ona deməmişəm ki, hardasan, niyə gec gəldin? Çünki özbaşına uşaq olmayıb və hərəkətlərinə nəzarət edib. Ümumiyyətlə, onun seçiminə heç müdaxilə etmək fikrində də deyiləm. Hər halda, gəlinlə o yaşayacaq və düşünürəm ki, ömür-gün yoldaşını seçərkən, diqqətli olacaq. Hərdən “Qız atası” serialına baxanlar elə bilirlər ki, həyatda da Nəzakət kimiyəm. Hətta bəzən soruşurlar ki, oğlunu evləndirəndə də sərt qayınana olacaqsan? Cavab verirəm ki, xeyr, yer üzündə məndən mülayim qayınana olmayacaq. Mən heç vaxt oğlumla gəlinimin işinə müdaxilə etməyəcəm. Deməyəcəm ki, “mütləq mənimlə birgə yaşayın”, “bunu edin, onu edin”. Cavandırlar, harda ürəkləri istəsə, orda da yaşayarlar. Əgər gəlinimlə oğlum arasında narazılıq yaşansa, mən gəlinimin tərəfini tutacam. Oğluma da demişəm ki, gəlinlə aranızda problem yaşansa, sənin yaxandan yapışacam. Bunu deyəndə hər kəs şoka düşdü”.
Qeyd edək ki, aparıcı iki oğul anasıdır. Kiçik övladının 9, böyüyünün isə 25 yaşı var.