Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.
Xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarış nəticəsində batan şəxsin Corat qəsəbəsi yaxınlığında dənizdən meyiti aşkarlanaraq sudan çıxarılıb. Onun 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Pərviz Məmmədov olduğu olduğu məlum olub.
Qeyd edək ki, P. Məmmədov Sumqayıt Vərəm Xəstəxanasının həkimi Adil Məmmədovun oğludur.