Oktyabrın 11-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin səyyar iclası keçirilib. Qurumun sədri Anar Bağırov iclasda çıxış edərək Rəyasət Heyətinin fəaliyyəti barədə məlumat verib.
İclasın gündəliyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri və bir qrup vəkillər “Azərbaycan vəkilliyinin 100 illiyi (1919-2019)” yubiley döş nişanı ilə təltif edilib.
Təltif olunanlar arasında sumqayıtlı tanınmış vəkil Anar Qasımlı da var.
sumqayitxeber.com olaraq vəkil Anar Qasımlını təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!