Təhsil interaktiv olmalıdır. Yəni müasir tələblərlə ayaqlaşan, təhsil standartlarına cavab verən bir sistem kimi daim yenilənməlidir. Dövlətin hər sahədə mükəmməl olması məhz təhsilin mükəmməliyindən asılıdır. Bunu bizdən zaman tələb edir.
Təhsilin ali məktəb pilləsində aparılan islahatlar önəmlilik daşıyır. Bu sahədə tətbiq edilən yeniliklərdən biri isə Azərbaycan Boloniya sisteminə qoşulması hesab olunur. 2005-ci ildən Boloniya prosesinin iştirakçısına çevrilən ölkəmizdəki duruma keçməzdən əvvəl bu sistem barədə qısa məlumat vermək istərdik. Sistemin tələblərinə görə, semester ərzində toplanılan ballar imtahanda yekun nəticəyə birbaşa təsir edir. Dərsə davamiyyət də daxil olmaqla bütün göstəricilər balla hesablanır və imtahanın sonunda yekun nəticəyə əlavə olunur. Tələbələr deyir ki, semesterdə keçilən bütün fənlərdən imtahan verilməsi mütləqdir. Zaçotlar isə ləğv olunub. Bundan başqa seminarlarda iştirak edən tələbələrə də əlavə bal hesablanır. Semester imtahanı öncəsi tələbənin ən azı 50 balının olması zəruridir.
Qəzetimizin ötən saylarından birində tələbələr arasında ölkə universitetlərin reytinqi ilə bağlı keçirdiyimiz sorğu dərc olunmuşdu. Sorğuya görə, prestijli ali məktəblər siyahısına başçılıq edən təhsil müəssisələr arasında İqtisad, Bakı Dövlət, Dövlət Tibb universitetləri və bir neçə özəl universitetlərin adları var idi. Qeyd edək sadalanan ali təhsil ocaqlarında Boloniya sistemi tətbiq olunmaqdadır.
Tələbələr arasında apardığımız söhbətlərdən belə məlum oldu ki, Boloniya sistemi ali təhsil pilləsində rüşvət kimi neqativ halları aradan qaldırmaqda gücsüzdür. Nə yazıq ki, cəmiyyətin “qarayarası” olan rüşvət təhsil sistemini əslində çökdürür, bunu hiss etmək o qədər də çətin deyil. Təəssüflər ki bazar iqtisadiyyatının qanunları təhsilin idarə olunmasında əsaslı rol oynayır. Qısa yolla desək, ölkədə “təhsil bazarı” formalaşır. Hər halda tələbələr belə söyləyir. Jurnalistika fakültəsinin tələbəsi olan Süleyman qəti söyləyir ki, təhsil aldığı 3 il ərzində əməlli-başlı “tərləyib”. “Ailəliyəm, həm işləyir, həm də oxuyuram. Heç öz ixtisasıma görə işləmirəm. Bəzən dərsləri buraxıram, qaiblərim olur. Qaibin birini filan qədərdən hesablayıb, “gətir, ver” deyirlər. Gələcəyin jurnalistindən də rüşvət alarlar?” Ondan Boloniya sistemi barədə soruşanda lap hövsələdən çıxdı. “Boloniya sistemi rüşvətin mədəni formasıdır. 50 bal istəyirsənsə, həmin 50-nin arxası – 1-ə sıfır əlavə elə gətir”.
Daha bir tələbənin söylədiklərini diqqətinizə çatdırmaq istərdik. BDU-nun tələbəsi Rasimin söylədikləri: “Bizdə kim oxuyursa, halal qiymətini alır. Rüşvət verənlər yalnız oxumayan tələbələrdir. Müəllimlər də bilikli, savadlı, oxumaq həvəsi olan tələbələrə güzəşt edirlər”.
Rüşvət alınmayan universitetlər arasında Qafqaz Universitetinin adı öndə gedir. Universitetin tələbəsi olan Quliyev Emil təhsil aldığı müəssisədə heç bir rüşvətin olmadığını bildirdi: “Bizdə heç bir müəllim rüşvət almır. İmtahandan qiymət almaq istəyirsənsə, zəhmət çək oxu və qiymətini al. Boloniya sisteminə keçməyimiz bizi daha da məsuliyyətli edir”.
Bəs şəhərimizin yeganə universiteti olan Sumqayıt Dövlət Universitetində vəziyyət necədir? Təəssüf ki, burada təhsil alan tələbələr müsahibə verməkdən çəkinirdilər. Bir tələbənin cavabı lap orijinal oldu: “Keçən il bir neçə tələbə erməni bayrağını yandırdığına görə nə müsibətlər çəkdi bilməzsiniz. Onların vəziyyətinə düşmək istəmirəm”. Amma yenə də cəsarətli bir tələbə tapıldı, lakin o da adının verilməməsini inadla israr etdi. Humanitar yönümlü fakültədə təhsil alan tələbənin söylədikləri maraqlıdır: “Qayıbların çoxdursa, 100-150 manat xərcin çıxacaq. İmtahanlar isə 30 manatdan başlayaraq qiymətə görə artır. Oxuyan tələbələrə güzəşt edilsə də, nə xeyri? Oxuyan görür ki, o, əziyyət çəkib “3” alır, amma o birisi əli cibində, fit çala-çala qiymətini alır”.
Fikrimizcə, bu qədər kifayətdir. Yəni ki, şərhsiz. Şərh etməyi sizin ixtiyarınıza buraxırıq.
Nihat, “168 saat”
Shexsen biz ailede 4 baci hamimiz ali tehsil almisiq.Atam kitanla yolpulunu ancaq catdirirdi.Qaldiki imtahana pul versin.Butun imtahanlardanda ozumuz qiymet almisiq.Telebe var idi ki,getirib evvelden pulun verirdi.Gunahi tekce muellimin ustune niye atirlar ki,telebeler.Guya bunlar oxuyurla muellim qiymet yazmir?? Ozune inami olan telebe rektoru,dekani da cagirara imtahan otagina nece lazimdi danisib qiymetini alar.Bunlar isteyirler hem oxumasinlar,hem de qiymet alsinlar.
Men muellimlerin terefin de saxlamiram.Amma herhalda telebeler de sudan cixan ag qasiq deyiller.
Men npraktika getmemiwem duzu getdim he kim yox idi menden 100 mant pul istiyirler imkan olmadiqindan vere bilmirem indi ise mene kesr yazilib halbuki hec imtahanda iwtirak etmiyen telebeler elaci bititrib kursu buna qarwi mene komey eliyin