Sumqayıtlı tələbələri paytaxt universitetlərinə çatdıran avtobuslar – MƏLUMAT

2080

Hər il minlərlə sumqayıtlı gənc Bakı universitetlərinə qəbul olunur. Dərslərə vaxtında yetişmək üçün həftənin 5 günü sübh tezdən oyanır, buna baxmayaraq, yenə Bakı-Sumqayıt yolunun tıxacı ilə qarşılaşır. Daha sonra avtobus dəyişməli, və ya metroya minməli olurlar.

Lakin gənclərin işini asanlaşdırmaq və rahatlığını təmin etmək məqsədilə xüsusi servis avtobusları təşkil olunub. Həmin avtobuslar onları evlərinin yanından götürərək universitetin qapısına gətirir. Dərs günü bitdikdə isə tələbələr həmin qayda ilə mənzil başına çatdırılırlar.

Servis sürücülərinin nömrələrini sizə təqdim edirik:

Bakı Dövlət və Azərbaycan Memarlıq və İnşaat Universitetləri – (050) 339-12-82 (1.50 manat);
Azərbaycan Kooperasiya Universiteti – (070) 349-38-68 (1.50 manat);
Azərbaycan Dillər Universiteti – (050) 326-14-82 (1.50 manat);
Azərbaycan Dövlət İqtisad Universiteti (Gənclik korpusu) – (070) 386-92-32 (1.50 manat);
Azərbaycan Tibb Universiteti – (051) 944-55-55 (1.30 manat).
Sumqayıt Dövlət Universitetində təhsil alan paytaxt sakinlərini də unutmadıq. Onlar üçün də xüsusi avtobus ayrılıb. Bu servis tələbələri “20 Yanvar – SDU – 20 Yanvar” marşrutu ilə daşıyır: (055) 608-57-84 (1.00 manat).

Qeyd edək ki, oxuduğu kursdan asılı olmayaraq, hər bir tələbə xidmətdən yararlana bilər. Sadəcə sürücü ilə əvvəlcədən əlaqə saxlanılmalıdır. Sumqayıt24

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər