Sumqayıtlı uşaqlar üçün yeni ekoloji layihə

772

“Ekologiya ili” çərçivəsində ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi tərəfindən çoxsaylı ekoloji tədbirlər keçirilmiş, kiçik yaşlı uşaqlar arasında ekoloji maarifləndirmə işinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Birliyin təşəbbüsü ilə «Balaca ekoloqlar» qrupunun yaradılması isə ümumilikdə Sumqayıt şəhərində kimyaçılar tərəfindən həyata keçirilən ekoloji siyasətin düzgün istiqamətə yönəldildiyinin təsdiqinə çevrilmişdir. Noyabrın 23-də “Azərikimya” İB-nin dəstəyi ilə «Balaca ekoloqlar» və «Təfəkkür» liseyinin «Qaranquş» ekoloji dərnəyi birgə ekoloji tədbir kecirmişlər. “Kimyaçı” Mədəniyyət sarayında keçirilən «Hörümçək toru» adlanan layihə çərçivəsində “Uşaqlar üçün ekoloji oyunlar” və “Kağız istehsalatı” adli iki tədbir keçirilmişdir. Tədbirlərdə kiçik yaşlı uşaqlara bizi əhatə edən canlı, cansız aləmin təbiətin bir parçası olması fikri aşılanmışdır. Qeyd olunmuşdur ki, istər heyvanlar aləminə, istərsə də bitkilərə biganəlik, onlara laqeyd yanaşmaq sonda bəşəriyyətin məhvinə gətirib çıxara bilər. Çünki bir-biri ilə hörümçək toru kimi bağlı olan aləmin hər hansı bir hissəsi zədələndikdə nəticə etibarilə bütövlükdə cəmiyyətdə ekoloji böhran yaranır. Bu böhranı aradan qaldırmaq isə çox çətin olur. Tədbirdə iştirak edən balaca ekoloqlar əyani şəkildə – əlvan rəngli saplar vasitəsilə «hörümçək toru» yaradaraq, bu bağlılığın əhəmiyyətini nümayiş etdirmişlər. Daha sonra kağız istehsalı uşaqlara əyani şəkildə göstərilmişdir. İzah olunmuşdur ki, kağızlar insanlara oksigen verən ağacların emalı yolu ilə hazırlanır. Bu isə ağacların geniş şəkildə qırılmasına, ekoloji tarazlığın pozulmasına gətirib çıxarır ki, bu da bəşəri faciələrə səbəb ola bilər. Tədbirin sonunda “Qaranquş” və “Balaca ekoloqlar” qruplarının üzvlərinə “Azərikimya” İB kollektivi tərəfindən hədiyyələr təqdim olunmuşdur. Tədbir “Kimyaçı” Mədəniyyət sarayının “Turanə” rəqs kollektivi üzvlərinin, illüziyaçı və klounların təqdim etdikləri konsert protqramı ilə davam etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər