Sumqayıtlı vəkildən toy iştirakçılarına məsləhət: Bu addımınıza görə həbs oluna bilərsiniz

876

Sumqayıtlı tanınmış vəkil Anar Qasımlı facebook səhifəsində maraqlı paylaşım edib.

Vəkil “Bəyin oğurlanması… kriminal adət-ənənələrimiz silsiləsindən” başlıqlı yazısını təqdim edirik:

“Yəqin ki, “Bəyin oğurlanması” filmini görməyən yoxdur. Çox güman ki, bu sətirləri oxuyan hər kəs, ömründə heç olmazsa, bir dəfə toy mərasimində bəyin oğurlanmasına şahid olub. Adətən, dostları yaxşı yeyib-içdikdən sonra bəyi oğurlayır, əvəzində onun yaxın qohumlarından xələt (pul) alıb, bəyi “azad” edirlər. Bəyin oğurlanması toya xüsusi əhval-ruhiyyə və şənlik gətirir. Görünür, heç kimin bəyin oğurlanmasına görə cinayət məsuliyyəti nəzərdə tutulduğundan xəbəri yoxdur.
Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən bəyin oğurlanmasına, başqa sözlə, adam oğurluğuna görə, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Nəzərə alsaq ki, əksər hallarda bəyin oğurlanması cinayəti tamah məqsədilə (bəyin yaxınlarından pul almaq) və bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilir, bu halda cəza daha ağır olur: 8 ildən 12 ilədək.
Görürsünüzmü, bizim zarafat sandığımız bəyin oğurlanması əslində zarafat deyil, ağır cinayətdir. Çalışın toya gedəndə bəyi oğurlamaq fikrinə düşməyəsiniz. Yoxsa, 10 ilinizlə vidalaşmalı olarsız.
Müasir Azərbaycan toylarına ən azı 300 nəfər qonaq dəvət olunur. Təsəvvür edirsinizmi, bəyin oğurlanmasına görə, bütün qonaqlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər? Tələsməyin, niyəsini izah edəcəm. Cinayətlərin təsnifatına uyğun olaraq, bəyin oğurlanması ağır cinayətlər kateqoriyasına aid edilir. Ağır cinayət barədə məlumat verməmək özü də bir cinayətdir.
Odur ki, qonaq olduğunuz toy məclisində bəyi oğurlasalar, dərhal bu barədə 102 xidmətinə və yaxud yaxınlıqdakı polis bölməsinə məlumat verməyiniz tələb olunur. Yoxsa, oturduğunuz yerdə əməlli-başlı zibilə düşərsiz. Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən, siz ağır cinayət barədə xəbər vermədiyinizə görə, ən yaxşı halda 500 manatdan 1000 manatadək miqdarda cərimə olunarsız, pis halda, sizə 2 ilədək müddətə islah işləri, ən pis halda isə, 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilər.
P.S. Hərdən bu da lazımdı…”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər