Arzu Qafarlının növbəti kitabı nəşr olunub. Müəllifin yeni kitabı “5İ – uğur düsturu” adlanır və kitabdan yararlanan hər kəsi yaşadığı zamanı dəyərləndirməyə, vaxtın qədrini bilməyə çağırır.
Müəllif, şəxsi inkişaf və biznesdə uğur qazananların sirlərini kitab vasitəsilə oxuculara çatdırır. O, əzmkarlıq və böyük ruh yüksəkliyi sayəsində hər bir insanın uğur qazanacağına inanır: Bu müəllifin şəxsi inkişaf və biznes sahəsində üçüncü kitabıdır. Və kitab böyük oxucu kütləsi üçün nəzərdə tutulub. “5İ-uğur düsturu” kitabı TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunub və “Libraff” kitab mağazaları şəbəkəsi tərəfindən satışı həyata keçirilir.