Sumqayıtlı yazıçı Mədəniyyət və Turizm Nazirliyinin ali mükafatına layiq görüldü

814

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” Ədəbi Mükafatı 2008-ci ildə təsis olunmuş, 2009-cu ildə ilk qaliblər müəyyən edilmişdir. Müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir, çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, müasir qələm sahiblərini geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədi ilə keçirilir. Müsabiqənin bütün proseduru Mədəniyyət və Turizm naziri tərəfindən imzalanmış “Əsasnamə” əsasında tənzimlənir. “Qızıl Kəlmə” Ədəbi Mükafatının Nazirliyin nümayəndələrindən və nüfuzlu qələm sahiblərindən ibarət 11 nəfərlik münsiflər heyəti vardır. Ədəbi Mükafat nəsr, poeziya, bədii tərcümə və ədəbi tənqid – publisistika olmaqla 4 nominasiyanı əhatə edir.

Əsasnaməyə uyğun olaraq 2011-ci il üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatı elan edilmiş, cari ilin 1 mart tarixində təqdimat başa çatmış, müsabiqəyə 25 əsər daxil olmuşdur:

Nəsr əsərləri nominasiyasına “168 saat” qəzetinin redaksiyası Varisin “Bir ovuc torpaq” kitabını, Azərbaycan Yazıçılar Birliyi Natiq Rəsulzadənin “Çitayuşiy mısli” (rus dilində) romanını, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsi Hafiz Mirzənin “Son və başlanğıc” kitabını, “Azanfilm” studiyası Gülşən Tofiqqızının “Eva” kitabını, “Vətən” nəşriyyatı Yusif Kərimovun “Ədəbiyyat yolu” kitabını, İctimai Televiziya İmir Məmmədlinin “Sazlı-sözlü Sibir” kitabını, “Olaylar” qəzetinin redaksiyası Yunus Oğuzun “Təhmasib şah” romanını, “Nurlar” nəşriyyatı Əli Eyvazovun “Bir batalyonun tarixi” kitabını, “E.L” nəşriyyatı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanını təqdim etmişdir;

Poeziya nominasiyasına Azərbaycan Yazıçılar Birliyi Əjdər Olun “Yaşa” şeirlər kitabını, “Çinar-çap” nəşriyyatı Ağacəfər Həsənlinin “Ümidimin adına küçə” şeirlər kitabını, “Adiloğlu” nəşriyyatı Rəfail Tağızadənin “Qarabağ ruzigarları” kitabını, “Yazıçı” nəşriyyatı Nuranə Nurun “Yanaqda yağış yeri” şeirlər kitabını, “Şəms” nəşriyyatı Qəşəm Nəcəfzadənin “Oğlum, qapını aç…” şeirlər kitabını, “Ədalət” qəzetinin redaksiyası Əbülfət Mədətoğlunun “Ürəyimdəki sənsən” şeirlər kitabını təqdim etmişdir;

Ədəbi tənqid və publisistika nominasiyasına AMEA-nın Folklor İnstitutu Gülxani Pənahın “Mir Cəlalın elmi-nəzəri görüşləri” kitabını, “Adiloğlu” nəşriyyatı Taryel Abbaslının “Zəminə Xınalının yaradıcılığında hərbi vətənpərvərlik” kitabını, “Araz” nəşriyyatı Rəhilə Elçinin “Milli qəhrəmanım, vətən qürurum” kitabını, “Gənclik” nəşriyyatı Sevda Əlibəylinin “İlk poliqrafçı alim” kitabını, “Elm və təhsil” MMC Akif Əlinin “Vətən mücadiləsi” kitabını, Yardımlı Rayon Təhsil şöbəsi Sabir Bəşirovun “İşıq adam” kitabını, Azərbaycan Yazıçılar Birliyi Nəsiman Yaqublunun “Bakının qurtuluşu” kitabını təqdim etmişdir;

Orijinaldan bədii tərcümə nominasiyasına “Mütərcim” nəşriyyatı Telman Vəlixanlının tərcüməsində M.Dostoyevskinin “Karamazov qardaşları” romanını, “525-ci qəzet”inin redaksiyası Kamran Nəzirlinin “Heç kim heç vaxt ölmür” kitabını, “Şərq-Qərb” nəşriyyatı Nəriman Əbdülrəhmanlının tərcüməsində Andrey Platonovun “Seçilmiş əsərləri” kitabını təqdim etmişdir.

Bütün əsərlər münsiflər heyətinin hər bir üzvü tərəfindən oxunmuş və 3 may 2011-ci il tarixində Müsabiqə Komissiyasının yekun iclası keçirilmişdir. Əsasnaməyə uyğun səsvermənin nəticələri ümumiləşdirildikdən sonra yetərli keçid balları toplayan əsərlər müəyyən edilmişdir. Komisiya üzvləri ədəbi-tənqid və publisistika əsərləri üzrə nominasiya ilə əlaqədar xüsusi təkliflə çıxış etmişlər. Bu məqsədlə son iki ildə bu janrlar üzrə nəşr olunmuş ən maraqlı kitablar nəzərdən keçirilmiş, komissiya üzvləri yekdil rəylə nominasiya üzrə mükafatın Xalq Yazıçısı Anarın “Unudulmaz görüşlər” kitabına verilməsini dəstəkləmişlər.

Münsiflər heyətinin yekun protokolu üzrə nəticələr belə olmuşdur:

Ədəbi-tənqid və publisistika əsərləri üzrə

Anar. “Unudulmaz görüşlər”

Nəsr əsərləri nominasiyası üzrə

Natiq Rəsulzadə. “Çitayuşiy mısli” romanı.

Varis. “Bir ovuc torpaq” romanı.

Poeziya əsərləri nominasiyası üzrə

Əjdər Ol. “Yaşa” şeirlər kitabı.

Ağacəfər Həsənli. “Ümidimin adına küçə” şeirlər kitabı.

Bədii tərcümə əsərləri nominasiyası üzrə

Telman Vəlixanlı. M.Dostoyevskinin “Karamazov qardaşları” romanı.

Kamran Nəzirli. “Heç kim heç vaxt ölmür” orijinal tərcümələrdən ibarət kitab.

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü

Nəriman Əbdülrəhmanlı. Andrey Platonovun “Seçilmiş əsərləri” tərcümələr kitabı.

Əbülfət Mədətoğlu. “Ürəyimdəki sənsən” şeirlər kitabı.

Qalibllərim mükafatlandırılması mərasimi mayın 6-da M.F.Axundov adına kitabxanada keçirildi. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev qaliblərə diplom, xatirə nişanı, habelə mükafatları təqdim edildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Əli Nəcəfxanlı
    May 8, 2011 - 21:52

    Mən “Qızıl kəlam”ın ilk təqdimat mərasimində iştirak etmişəm. O zaman qələm dostum Elçin Hüseynbəyli, Aqil Abbas və başqaları mükafatın ilk laureatlarından oldular. Rəşid Behbudov adına Mahnı Teatrnda keçirilən mərasim unudulmaz təsir bağışladı.
    Bu dəfəki “Qızıl kəlam” laureatları arasında da dostumuzun, özü də sumqayıtlı müəllifin yer alması sevindiricidir. Varisin “Bir ovuc torpaq” kitabı, doğrudan da, layiqli əsərdir. Özü demişkən,kitab oxumağın zamanı gəlib… Onun əsərləri müasirlərimizi düşündürən, populyar mövzularda və tez qəbuledilən şəkildə yazılan dəyərli nümunələrdir. Süjet xəttinin həyəcanı, hadisələrə aludəlik adamın ruhunu çulğalayır. Mən Varisi ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirəm!

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər