F.Əmirov adına uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Bakı şəhər 3 saylı uşaq incəsənət məktəbində konsert proqramı ilə çıxış etmişdir.
Tədbirdə məktəbin xalq çalğı alətləri orkestrinin ifasında Ü.Hacıbəylinin “Arşın mal alan”, S.Rüstəmovun “Sumqayıt”, “Sərhədçilər marşı”, “Getmə-getmə”, M.Maqomayevin “Radio marşı”, A.Rzayevin “Qaytağı”, Konfrinin “Kotyonok”, A.Rzayevanın “Kukla”, T.Quliyevin “Rəqs”, Ə.Abbasovun “Gənclik rəqsi” əsərləri ifa edildi.
Sazçı qızların ifasında “Dilqəmi” havası tədbirə basqa bir ovqat qatdı.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodik Mərkəzin bömə müdiri Natiq Mustafayev, metodistlər Leyla Rzayeva və Rauf İmanov iştirak edirdilər.